28 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”dan son xəbər: 90 dəqiqəlik məşq

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın dünənki proqramında 1 məşq olub.

Ağdam təmsilçisinin çalışması 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 4 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki tapşırıqları yerinə yetiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43