Meksikanın Kordoba şəhəri yaxınlığında bədbəxt hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, ölkənin həvəskar komandalarından birininin avtobusu çaya aşıb. Nəticədə 20 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Sürücü idarəetməni itirib və avtobus çaya aşıb. Meksika prezidenti Enrike Penya Nieto hadisə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib.