Sabiq FİFA referiləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı AFFA tərəfindən yaradılmış komissiya işini başa vurub.
İdmanxeber.com-un məlumatına görə, sözügedən komissiyanın araşdırması zamanı rüşvət ehtimalı təsdiqini tapmayıb və adıçəkilən şəxslərin günahsız olduğu müəyyənləşib.
Qeyd edək ki, komissiya üzvləri 5 nəfərdən ibarət olub: AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov.