28 Dekabr 2024
Kateqoriyasız

Məhkəmədə ara qarışdı, futbolçular qan içində (VİDEO)

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesində insident baş verib. 

İdmanxeber.com-un məlumatına görə, nəticədə məhkəmə prosesi yarımçıq qalıb.

İnsidentə isə hakim Eldar İsmayılovun həkimlərin ifadə verilməsinə dair vəsatətin təmin olunmaması barədə verdiyi qərar səbəb olub. Hakim Eldar İsmayılov vəsatətin təmin olunmadığını elan edən kimi zalda olan valideynlər stulların üzərinə çıxaraq qışqırmağa, hakim və məhkəmə heyətinə etiraz etməyə başlayıb. Elə bundan sonra Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də qışqırmağa, yumruqla divara və saxlandıqları dəmir barmaqlıqlara vurmağa başlayıblar. Aranı sakitləşdirmək mümkün olmayıb və mühafizəçilər zala bibər qazı buraxıblar. Cinayətdə təqsirləndirilənlər, aralarında keçmiş futbolçuların da olduğu şəxslərdən bir neçəsinin ağzının qan olması diqqətdən yayınmayıb:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43