“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov bundan sonra “Domjale” klubunun formasını geyinəcək.
İdmanxeber.com-un məlumatına görə, futbolçunun Sloveniya təmsilçisinə keçidi rəsmiləşib.
Məsimova gələn rəsmi təklifdən sonra “Neftçi” PFK futbolçunun karyerasını xaricdə davam etdirməsinə şərait yaratmaq üçün onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, “Domjale” yerli çempionatda 22 turdan sonra “Lyublyana” və “Maribor” klublarından sonra 3-cü pillədə qərarlaşıb.