Transfer bazarında “at oynadan” Çin klublarının növbəti hədəfi “Barselona”da çıxış edən Arda Turandı.
İdmanxeber.com-un məlumatına görə, Türkiyə millisinin də şərəfini qoruyan futbolçu Çinin “Bejinq Quan” klubundan cəlbedici təklif alıb.
5 illik müqavilə üçün 100 milyon avroluq təklif alan Arda “Barselona”dan ayrılmaq istəmir. Bu barədə futbolçunun meneceri Ahmet Bulut bildirib. O, qeyd edib ki, Arda “Barselona” ilə olan müqaviləsini 2020-ci ilə kimi davam etdirmək istəyir.
Qeyd edək ki, Ardanı transfer etmək istəyən Çin klubu bir neçə gün öncə Burak Yılmazı heyətinə qatmışdı.