“Arsenal”ın skautları yayda komandanı tərk edə biləcək Aleksis Sançesin yerinə forvard axtarışına başlayıblar.
İdmanxeber.com-un məlumatına görə, London klubunun siyahısında Marko Roys, Aleksandr Lakazett və Andre Silva var.
Aleksis Sançesin “Arsenal”la müqaviləsi gələn yay bitir. Klub çililiyə hazırki sözləşməni daha yaxşı şərtlərlə artırmağı təklif edib. “Arsenal” Sançesin maaşını 130 mindən həftəyə 180 minə artırmağa razıdır. Lakin futbolçu həftəyə 250 min funt sterlinq almazsa komandanı tərk edəcəyini bildirib.