La Liqanın 10-cu turu çərçivəsində baş tutacaq “Girona” – “Real” Madrid matçı Kataloniya bölgəsindəki təhlükəsizlik ehtimalı üzündən təxirə salına bilər.
İdmanxeber.com-un məlumatına görə, müstəqillik tələbi irəli sürülən Kataloniyada polislər, ixtişaşların və mitinqlərin keçiriləcək matça zərər vura biləcəyindən narahat olaraq, gücləndirilmiş iş rejimi ilə çalıçır.
Sözügedən oyunda iştirak edəcək klubun rəsmiləri isə məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər.
Qeyd edək ki, bundan öncə digər kataloniya təmsilçisi “Barselona” doğma meydanda qarşılaşdığı “Las Palmas”ı boş tribunalar önündə qəbul etmişdi.