İdman

“Qarabağ” və “Qəbələ”yə 294 min avro qazanc

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ”la “Qəbələ” büdcəsini zənginləşdirib. 

İdmanxeber.com-un məlumatına görə, 2016/17 turnirdə əldə olunan əlavə gəlirdən hər iki təmsilçimizə pay düşüb. Bölgüdə “Qarabağ” 294 min 452, “Qəbələ” isə 294 min 344 avro əldə edib.

Həmin məbləğ AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43