İdman

Həftə sonu “Real”ın oyunu təxirə düşə bilər

La Liqanın 10-cu turu çərçivəsində baş tutacaq “Girona” – “Real” Madrid  matçı Kataloniya bölgəsindəki təhlükəsizlik ehtimalı üzündən təxirə salına bilər.

İdmanxeber.com-un məlumatına görə, müstəqillik tələbi irəli sürülən Kataloniyada polislər, ixtişaşların və mitinqlərin keçiriləcək matça zərər vura biləcəyindən narahat olaraq, gücləndirilmiş iş rejimi ilə çalıçır.

Sözügedən oyunda iştirak edəcək klubun rəsmiləri isə məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər.

Qeyd edək ki, bundan öncə  digər kataloniya təmsilçisi “Barselona”  doğma meydanda qarşılaşdığı “Las Palmas”ı boş tribunalar önündə qəbul etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43