“Qarabağ”ın qış fasiləsindəkı hazırlıq planı artıq bəllidi.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi də digər klublarımız kimi təlim-məşq toplanışı üçün Antaliaya yola düşəcək. “Köhlən atlar” qardaş ölkəyə yanvarın 9-u gedəcək. 25 gün Antalyada hazırlıq keçəcək “Qarabağ” 5 yoxlama matçında qüvvəsini sınayacaq. Qurban Qurbanovun yetirmələri ilk görüşünü yanvarın 17-də keçirəcək.