Hollandiyanın “Ayaks” klubu baş məşqçi Marsel Keyzerlə yolları ayırıb.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb Amsterdan təmsilçisinin Hollandiya kubokunun 1/8 final mərhələsində “Tvente”yə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırması olub.
Keyzerdən başqa onun köməkçiləri Henni Spiykerman və Dennis Berkamp da istefaya göndərilib.
Qeyd edək ki, Keyzerin başçılığı altında “Ayaks” son 11 oyunun 9-da qələbə qazanıb və rəqib qapılarına 24 qol vurub.