İdman

“Qarabağ”ın qış planları məlum oldu – RƏSMİ

“Qarabağ”ın qış hazırlıq planı dəqiqləşib.

İdmanxeber.com-un rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək.

Komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Azərbaycan çempionunun artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi tarixlər bəllidir. Qurban Qurbanovun komandası yanvarın 20-də Polşanın “Legiya”, yanvarın 25-də Ukraynanın “Mariopol”, fevralın 3-də isə Monteneqronun “Mladost” komandasıyla qarşılaşacaq.
Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.

 Qeyd edək ki, Rusiyanın “Şinnik” komandası da klub saytından Antalyadakı toplanış zamanı “Qarabağ”la qarşılaşacaqları ilə bağlı xəbər yaymışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43