“Neftçi” iki futbolçusunu “Sabah”a icarəyə verib.
İdmanxeber.com-un birinci divizion təmsilçisinin Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bunlar qapıçı Maksim Vaylo və müdafiəçisi Təyyar Məmmədovdur.
Hər iki futbolçu mövsümün sonuna qədər Arif Əsədovun komandasında çıxış edəcək.
Qeyd edək ki, Təyyar Məmmədov bu mövsümün ilk yarısını icarə əsasında “Səbail”də keçirib.