Qış fasiləsində bir neçə futbolçu ilə yollarını ayıran “Keşlə” heyətini gücləndirir.
İdmanxeber.com-un xəbərinə görə, Bakı klubu Çexiyanın “Fastav” klubundan ayrılan Pablo Podionun keçidini həll edib. Məlumatı komandanın baş məşqçisi Bohumil Panik təsdiqləyib.
“Fotbal.idnes.cz” saytına danışan mütəxəssis bildirib ki, Pablonun gedişi ehtiyatda oturmaq istəməməsi ilə bağlıdır: “Pablo daha çox meydana çıxmaq istəyirdi. Bizdə isə onun üçün belə şans yox idi. Bu səbəbdən onun “Keşlə”yə keçidinə icazə verdik”.
Qeyd edək ki, baş məşqçi vəzifəsinə Yuri Maksimovu gətirən “Keşlə”nin Podiodan başqa, Məqsəd İsayev və Kamran Ağayevi də heyətinə qatacağı gözlənilir.