İdman

Azərbaycan klubu satışa çıxarıldı – FANTASTİK QİYMƏTƏ

Ölkənin elan saytlarından birində futbol klubu satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, elanda Abşeron rayonunda böyük bazası olan klubun bütün avadanlığı ilə birlikdə satıldığı qeyd olunub. 11 hektarlıq ərazini əhatə edən bazaya 15 milyon manat qiymət qoyulub.

Ad açıqlanmasa da, həmin klubun “Bakı” klubu olduğu güman edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43