“Qarabağ”ın əsas fubolçularından biri sıradan çıxıb.
İdmanxeber.com-un məlumatına görə, söhbət Yakub Jezniçakdan gedir. Polşalı müdafiəçi zədə ucbatından 1 ay yaşıl meydanlardan kənar qalacaq. Milli komandaların yoldaşlıq görüşləri səbəbindən yaranmış fasilədə zədələnən Kuba “Keşlə” ilə oyunun heyətinə də salınmamışdı.