Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə birinciliyində 21-ci turun oyunları davam edir.
İdmanxeber.com-un məlumatına, ikinci oyun günündə iki görüş keçirilib. “Qarabağ” evdə “Keşlə” ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisinin qollarından ikisini Ramil Şeydayev, birini isə Ağabala Razamanov vurub.
“Qarabağ” – “Keşlə” – 4:2
Qollar: Ramil Şeydayev, 31 (1:0),Təbriz Xudanov, 62 (1:1), Elçin Rəhimli, 81 (2:1), Ramil Şeydayev, 83 (3:1), Ağabala Ramazanov, 87 (4:1), Alik Hüseynov, 90 (4:2)
“Kəpəz” – “Zirə” – 0:1
Qol: Ülvi İbrahimov, 53