İdman

Millimiz Yunanıstan və Makedoniya yığması ilə üz-üzə gələcək

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək komandamız ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.

Oyunların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43