İspan mütəxəssis Oskar Qarsiya “Olimpiakos”un baş məşqçisi vəzifəsini tərk edib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Yunanıstan komandasının rəsmi saytı xəbər verib.
Yanvardan komandaya rəhbərlik edən 44 yaşlı mütəxəssis klubla müqavilənin pozulması barədə razılığa gəlib.
“Olimpiakos” Yunanıstanın hazırkı çempionudur. Komanda hazırkı mövsümdə turnir cədvəlində 54 xalla üçüncü yerdədir. Çempionatın başa çatmasına 4 tur qalıb.