İdman

“Qəbələ”də itkilər var

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə “Zirə”nin qonağı olacaq “Qəbələ” görüşə itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, əyalət  təmsilçisinin heyətində yarımmüdafiəçi Elvin Camalov vərəqə limitinə çatıb. “Sumqayıt”la matçda aktivindəki sarı vərəqələrin sayını 4-ə çatdıran Camalov səfər görüşünü buraxmaq məcburiyyətində qalacaq. Onunla yanaşı, həmin matçda zədə alan müdafiəçi Vitali Vernidub isə 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, “Zirə” – “Qəbələ” oyunu aprelin 8-də keçirələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43