Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, I Divizionun XXI turunun “Sabah” – “Zaqatala” matçının 45-ci dəqiqəsində “Zaqatala” klubunun 14 №-li futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır,klub 160 manat cərimə olunur.
“Zaqatala” klubunun 3 №-li futbolçusu Nəsib Əliyev texniki zona qaydalarını pozduğu üçün uzaqlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyun cəzalanır,klub 20 manat cərimə olunur.