İdman

AFFA Meza Kolli və Coşqun Diniyevin məsələsinə baxdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.

 “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sezar Meza Kolli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə hər iki futbolçunu 3 oyunluq cəzalandırıb. Klublar 2400 manat cərimələnib.

 Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində  yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43