”Arsenal” yayda Qabriel Jesusu sata bilər.
İdmanxeber.az məlumat verir ki, “topçular” braziliyalı forvard üçün gələn təklifləri dəyərləndirəcək. Klubu razı salan təklif olarsa, oyunçu satılacaq.
Jesus 2022-ci ilin yayında “Arsenal”a qoşulub. O, bu mövsüm 33 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.