Dünya futbolu

“Yuventus”un hədəfində Avropa çempionu var

”Yuventus” heyətini Jorjinyo ilə gücləndirməyi düşünür.

İdmanxeber.az məlumat verir ki, təcrübəli yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi gələn ilin yayında bitəcək. Turin klubu artıq onun üçün danışıqlara başlayıb.

Jorjinyo 2023-cü ilin yanvarından “Arsenal”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43