Ölkə futbolu

“AFFA-nın qərarı nə olur olsun, “Qəbələ” fəaliyyətini davam etdirməlidi”

“Çox üzücüdür ki, “Qəbələ” sonuncu yeri tutdu. Amma bu futboldur, belə şeylər olur. Bir il çempionluğa oynayarsan, bir il də Premyer Liqada qalmağa. Həyat davam edir”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov “Qəbələ”nin hazırkı durumu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Belə akademiyası olan, böyük işlər görən bir klubun bu vəziyyətdə olması çox məyusedicidir. Onlara uğurlar arzu edirəm. AFFA-nın qərarı nə olur olsun, “Qəbələ” fəaliyyətini davam etdirməlidir. Bu klub hələ Azərbaycan futboluna çox oyunçular qazandıracaq”.

Cavadov Azərbaycan Premyer Liqasında komanda sayının artırılması yönündə gedən müzakirələrə də münasibət bildirib:

“Əlbəttə, Premyer Liqada klub saytı artırılsa, çox yaxşı olar. Amma infrastruktur və şəraiti olan komandalar elitaya gəlməlidir. Yalnız bu halda çempionata maraq yaranar. Yəqin ki, AFFA rəhbərliyi bu şeyləri nəzərə alacaq. Ümid edirəm ki, yeni qərardan sonra Azərbaycan futbolu inkişafa gedəcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43