Dünya futbolu

“Bavariya” Sanenin müqaviləsini uzatmaq istəyir

“Bavariya” Leroy Sane ilə yeni müqavilə imzalamaq istəyir.

İdmanxeber.az məlumat verir ki, 28 yaşlı oyunçunun Münhen klubuyla sözləşməsi gələn ilin yayında bitir. “Bavariya” oyunçu tərəfiylə yeni müqavilə barəsində danışıqlara başlayıb.

Sane bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb. O, bu görüşlərdə 9 qol vurub və 13 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43