Dünya futbolu

PSJ Enrikenin müqaviləsini yeniləyəcək

PSJ baş məşqçisi Luis Enrike ilə müqaviləni yeniləmək niyyətindədir.

İdmanxeber.az “L’Equipe” nəşrinə əsasən məlumat verir ki, danışıqların hələ başlamasa da, yaxın vaxtlarda müqavilənin yeni şərtləri müzakirə ediləcək.

Enrikenin hazırkı müqaviləsi 2025-ci ilin yayında bitəcək.

PSJ ispaniyalı mütəxəssislə ilk mövsümündə Fransa çempionluğunu qazanıb və Çempionlar Liqasında yarımfinala yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43