”Mançester Yunayted”də yayda komandadan bir çox oyunçu ayrılacaq.
İdmanxeber.az məlumat verir ki, “qırmızı şeytanlar”da yalnız 3 oyunçu toxunulmazdır. Bu oyunçular Aleksandr Qarnaço, Rasmus Hoylun və Kobbi Maynudur.
Uğursuz mövsüm keçirən “mankunianlar” Çempionlar Liqasında qrup mərhələsində mübarizə dayandırıb, Premyer Liqada isə 54 xalla lider “Arsenal”ın 26 xal gerisində 6-cı yerdədir.