“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu vəzifəyə son olaraq “Jirona”nı çalışıran Pablo Maçin təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Sevilya” apreldə baş məşqçisi Vinçenso Montellanı istefaya göndərmişdi. Bundan sonra mövsüm başa çatana kimi klubu Xoakin Kaparros çalışdırırdı.