İngiltərənin “Arsenal” klubun sabiq futbolçusu Emmanuel Frimponq karyerasını bitirib.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabından açıqlama edib.
O, dizindəki ağrılara görə bu addımı atdığını qeyd edib. Qanalı 5 ildir bu ağrılardan əziyyət çəkdiyini də vurğulayıb.
E.Frimponq London təmsilçisində 16 oyunda forma geyinib.