“Qarabağ”dan ayrılaraq Amerikanın “Nyu-York Kosmos” klubuna transfer olunan Ansi Aqolli ABŞ klubunun saytına müsahibə verib. O, “Qarabağ”da oynadığı illərdə çox şey öyrəndiyini bildirib:
“Mən bunu magistraturada oxumaqla müqayisə edərdim. Orada oynayaraq çox şey öyrəndim. Xüsusilə məşqçi və kapitandan. “Qarabağ”da biz hər şeyə sıfırdan başladıq, ildən-ilə yüksəldik. Çətin günləri xatırlayıram. Çünki adətən o vaxtlar daha çox öyrənirsən.
Mən “Qarabağ”da yaxşı anlar yaşadım. Çempionluq, ilk Avropa Liqası, həmçinin Çempionlar Liqası – bu, tortun üstündə albalı kimidir. “Çelsi” və “Atletiko”ya qarşı oynamaq çox həyəcanlı idi”.