“Səbail” Topaz Premyer Liqanın 24-cü turunda “Neftçi”ni qəbul edəcək.
Komandanın qapıçısı Aleksandr Rıbka oyunla bağlı fikirlərini klubun mətbuat xidmtəinə bölüşüb.
Ukraynalı qolkiper yalnız üç xal haqda düşündüyünü bildirib: “Rəqibi düşünmürəm. Diqqətimi qarşıdakı oyuna yönəltmişəm və komandaya üç xal qazandırmaq üçün əlimdən gələni edəcəyəm. Hazırda ancaq bunu düşünürəm”.
Qeyd edək ki, aprelin 14-də “Bayıl Arena”da keçiriləcək “Səbail” – “Neftçi” oyunu 18:00-da başlayacaq.