“Zenit” Futbol Akademiyasının sabiq məşqçisi Aleksandr Selenkov “Krılya Sovetov”da çıxış edən Azərbaycan millisinin oyunçusu Ramil Şeydayev haqqında danışıb. O, 23 yaşlı hücumçu barədə xoş sözlər deyib.
“Ramil akademiyada olarkən az qala hər oyun qol vururdu. Elə həmin vaxtda da onun yüksək səviyyəli futbolçu olacağı görünürdü. Azərbaycan vətəndaşlığını aldığı və Rusiya millisində oynamadığı üçün təəssüflənirəm. Şeydayevin özünü daha çox göstərəcəyinə əminəm. “Krılya Sovetov” onun səviyyəsində komanda deyil”.
Ramil Şeydayev “Zenit” Futbol Akademiyasının yetirməsidi