22 Dekabr 2024
Ölkə futbolu

Sənan Qurbanov: “Komandada hər şey qaydasındadır”

“Çətin oyun oldu. Oyunçular daha yaxşı çıxış etdilər. Bilirdik ki, rəqib çox aqressiv olacaq. Meydanın vəziyyəti də bəllidir. Oyunu  zədəsiz və üç xalla baş vurmaq çox yaxşıdır. Oyunöncəsi məşqi bura salmamışdıq. Zədədən qorxurduq. Oyunçularımı təbrik edirəm”.

Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə keçirilən “Keşlə” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb

-“Zirə”, “Sumqayıt”, “Qarabağ” oyunlarında son dəqiqələrdə xal itirdiniz. Bu gün də az qala belə olacaqdı. Bu nə ilə bağlıdır ?

-Çox yaxşı sualdı. Bu haqda videolar hazılayırıq. Mənim belə tapşırığım olmur. Oyunçulara bunu izah etmək istəyirik. Sadəcə bəzi oyunlarda geriyə çəkilməyə məcbur oluruq. Çox top itkisi edirik. Bəzən də gərginliyi üstümüzdən ata bilmirik.

-Prezidentsiz ilk oyuna çıxdınız. Üstəlik bu gün stadionda kifayyət qədər azarkeşiniz var idi. Bunlarla bağlı nə deyərdiniz ?

-Klubda hər şey qaydasındasdır. Məşqimizə də lazımdırsa davam edirk. Mən sadarecə komandaya cavabdehəm. Azarkeşlərimizə təşəkkür edirəm. Yaxşı əhval ruhiyyə ilə qaydıcaqlar. Çox sağolsunlar. Onları ev oyununda da gözləyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43