21 Dekabr 2024
Dünya futbolu

Millimizin hücumçusu rəqibin burnunu qırdı – FOTO

“Proyssen”də çıxış edən millimizin üzvü Rüfət Dadaşovun 32-ci turda “Münhen 1860″la matçda rəqib komandanın futbolçusu Simon Lorentsin burnunu qırıb.

Dadaşov 76-cı dəqiqədə top uğrunda mübarizə zamanı dirsəyi ilə S.Lorentsi vurduğu üçün sarı vərəqə ilə cəzalandırılıb. Tibbi müayinədən keçən futbolçunun burun sümüyündə qırıq aşkarlanıb. Bundan başqa, onun gözünün altı əzilib. S.Lorentsin növbəti matça xüsusi maska ilə çıxa biləcəyini vurğulanıb.

Dadaşov sözügedən qarşılaşmanın 30-cu dəqiqəsində komandasının yeganə qolunun müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43