22 Dekabr 2024
Dünya futbolu

“Sabah”ın bəyənmədiyi futbolçu bombardir oldu

“Sabah” klubunun sabiq futbolçusu Vitali Kvaşuk  Belarusiya liqasının ilk 3 turundan sonra bombardirlər siyahısında liderliyə yüksəlib.

Ukraynalı yarımmüdafiəçinın geridə qalan 3 turdan sonra aktivində 5 qol var. 26 yaşlı oyunçu ən yaxın izləyiciləri – komanda yoldaşı Ruslan Belov və “Dinamo-Brest”in oyunçusu Pavel Nexayçiki 2 top üstələyir.

“Sabah” Vitali Kvaşukla 2018-ci il iyulun 17-də  bağlasa da, cəmi 5 ay sonra – dekabrın 21-də yollarını ayırıb. Kvaşuk Belarus mətbuatına müsahibəsində buna Azərbaycan komandasının baş məşqçisi Elşad Əhmədovla dil tapa bilməməsini səbəb göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43