22 Dekabr 2024
Ölkə futbolu

AFFA “Səbail”in qapıçısını cəzalandırdı

Bu gün AFFA Nizam – İntiam Komitəsinin “Səbail” – “Neftçi” qarşılaşmasından sonra yaşananlarla bağlı qərarını açıqlayıb

İdmanxeber.az-ın məlumatına görə, oyun başa çatdıqdan sonra “Səbail”in qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klub  1600 manat cərimə olunur.

Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43