“Arsenal” Avropa Liqasında finala vəsiqə qazansa, UEFA London klubunun erməni futbolçusu Henrik Mxitaryanın Bakıya səfəri üçün viza alınmasında İngiltərə təmsilçisinə tam dəstək verəcək.
Qurumdan verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib: “Bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir”.
Mxitaryan bundan əvvəl 2 dəfə – 2015-ci ildə hələ Dortmund “Borussiya”sında çıxış edərkən “Qəbələ”, ötən il isə “Qarabağ”la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.