22 Dekabr 2024
Ölkə futbolu

“Keşlə”də cavabsız suallar: iki müəyyən, qalanı qeyri-müəyyən

“Keşlə”də heç cür sular durulmur. Komandada uğursuz nəticələrlə yanaşı, bəzi qeyri-müəyyinliklər də var.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, mövsüm sonu klubda bir çox futbolçunun müqaviləsi sona çatsa da, rəhbərlik heç bir oyunçu ilə danışıqlar aparmır. Növbəti mövsümün planını indidən cızmağa çalışan klub rəhbərliynin mövcud oyunçularla müqavilə yeniləməməsi ağıllarda bir çox sullar doğlur. Futbolçular isə öz növbələrində rəhbərlikdən müqavilə uzadılmasını gözləyir.

Digər tərəfdən  isə növbəti mövsümdə  komandadan ayrılacaq iki ismə dəqiq gözü ilə baxılır. Bunlar Andre Klenonn və Pena Angelodur. Rəhbərlik bu iki oyunçu ilə müqavilə uzatmaq niyyətində deyil. Əvəzində paytaxt təmsilçisinin yeni bir qapıçı transferi edəcəyi gözlənilir.

Bir neçə gün öncə baxışa dəvət edilən fransalı futbolçu Rayan Benamaran haqda isə hələ də yekun qərar verilməyib. Məşqçilər heyəti futbolçu haqda ilkin baxışda müsbət rəy versə də, son qərarı Tərlan Əhmədov verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43