Avropa Liqasının 1/4 final mərhələsinin “Vilyarreal”la cavab oyunundan (2:0) sonra “Valensiya”nın baş məşqçisi Marselinyo Qarsiya Toral mətabuat konfransı keçirib. O, hələlik final barəsində danışmağın çox tez olduğunu bildirib:
“Bizi yarımfinalda turnirin favoritlərindən biri ilə çətin oyun gözləyir. “Arsenal”ın baş məşqçisi bizi əla tanıyır. Hələlik Bakı bizim üçün çox uzaqdır. Çünki cütün favoriti London təmsilçisidir. Buna baxmayaraq, hər şey ola bilər. Komandada hamı həyəcanlıdır. Final oynamaq istəyirik”.
“Valensiya” ilə “Arsenal” arasında ilk oyun mayın 2-də Londonda, cavab qarşılaşması isə bir həftə sonra Valensiyada olacaq.