Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” – “Keşlə” matçında “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.
Qeyd edək ki, T.Əhmədov sözügedən qarşılaşmda “Qarabağ”ın birinci qolunda hakimə etiraz edərək, epizodda qayda pozuntusu olduğunu bildirmişdi