Bu gün Avropa Liqasında yarımfinal oyunları start götürüb.
İdmanxeber.az-ın məlumatına görə, baş tutan iki görüşdə ümumilikdə qapılara 6 qol vurulub.
İngiltərədə “Arsenal” İspaniyanın “Valensiya” klubu ilə üz-üzə gəlib. Görüşdə hesabı qonaqlar açsa da, London təmsilçisi sonradan 3 qol vuraraq qələbə qazanan tərəf olub.
İngiltərənin digər təmsilçisi “Çelsi” Almaniyanın “Ayntraxt” klubu ilə qarşlılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 9-da olacaq
2 may
Avropa Liqası, yarimfinal
“Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) 3-1
“Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) 1-1