Mayın 29-də Bakı Olimpiya Stasionunda keçiriləcək Avropa Liqasının finalına maraq böyükdür.
İdmanxeber.az-ın məlumatına görə, UEFA Bakıda keçiriləcək finalda yeni rekord proqnozlaşdırır.
Qurumun rəsmi saytında yazılan xəbərdə bildirilir ki, 70 min azarkeş tutumuna malik stadion sözügedən həlledici oyunda tam dolacaq. Yəqin ki, bu görüşdə 1999-cu ildə Moskvada keçirilən “Parma” – “Latsio” finalının (62 min azarkeş) rekordu yeniləcək.
Bu, Avroliqa tarixində videotəkrar sistiemindən istifadə olunacaq ilk finaldır. Oyun əlavə vaxta qədər uzansa, komandalar ilk dəfə olaraq 4-cü əvəzləmədən istifadə edə biləcəklər.
Qeyd edək ki, final matçı saat 23:00-da başlayacaq.