Çempionlar Liqasında hər kəsi təəccübləndirməkdə davam edən “Ayaks” aparıcı üzvlərindən olan Hakim Ziyeçlə yollarını ayrımağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirəcək. Mərakeş millisinin üzvü “Bavariya”nın ona etdiyi təklifə müsbət yanaşıb. Tərəflər arasında danışıqlar yekunlaşıb. Bircə qalır “Bavariya”nın “Ayaks”la ortaq məxrəcə gəlməsi. Hollandlar transfer qiyməti 35 milyon avro dəyərində göstərilən Ziyeçi mövsümün sonunda satmağın əleyhinə deyil.