AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Miçel Markos Maderaya ağır cəza verib.
İdmanxeber.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab matçında (2:1) aqressiv davranışı səbəb olub. Final fitindən dərhal sonra qonaq komandanın müdafiəçisi Voislav Stankoviçə hücum çəkən Miçeli komanda yoldaşları çətinliklə sakitləşdiriblər. Epizoda yaxın olan görüşün baş hakimi İnqilab Məmmədov yarımmüdafiəçiyə birbaşa qırmızı vərəqə göstərib.
İK bu gün keçirilən iclasda futbolçunun 4 oyunluq cəzalandırılması ilə bağlı qərar qəbul edib.