“Rizəspor”la oyunda ayağı sınan “Qalatasaray”ın yarımmüdafiəçisi Əmrə Akbaba əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, ayaq biləyi qırılan Əmrənin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Həkimlər ona ən azı 1 il futbol oynamağı qadağan ediblər.
Qeyd edək ki, mövsümün əvvəlindən “Qalatasaray”da çıxış edən 26 yaşlı futbolçu 22 qarşılaşmada meydana çıxıb.