“Sabah” bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu Vanderson Naskimentonu komandadan göndərib. Braziliyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 27 yaşlı futbolçu “Sabah”a ötən yay İsrailin “Bney Sahnin” klubundan gəlmişdi.