21 Dekabr 2024
Kateqoriyasız

AFFA-dan cəzalar: dörd kluba cərimə

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 28-ci turunda baş verən hadisələr müzakirə olunub.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, “Səbail” – “Keşlə” matçında  meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində qonaq komandanın futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” matçında  qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43