Azərbaycan kubokunun mayın 19-da “Qəbələ” və “Sumqayıt” arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.
Idmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən bu qərar verilib. Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək.
Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.